Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…

Sosial 1 Sentyabr 2026 13:14
Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
WhatsApp kanalımıza abunə olun

Bu gündən etibarən Azərbaycanda sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir.

Azərbaycan Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti ADSEA-ya həvalə edilib.

Azərbaycan Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət edirlər.

Müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır.

Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya icazənin verilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh