150 il əvvəl keşbək: “Əkinçi”dən sitat

1875-ci il iyulun 22-də Azərbaycan tarixində yaddaqalan hadisə baş verdi. Həmin gün Azərbaycanın ilk qəzeti “Əkinçi” işıq üzü gördü. Azərbaycan maarifçiliyinin yetirməsi olan qəzet ətrafına mütərəqqi ziyalıları toplamışdı. Qəzetin məramının ziraət (kənd təsərrüfatı) barədə xəbər yaymaq olduğu bildirilsə də, burada iqtisadiyyat və texnologiya xəbərlərinə də kifayət qədər yer ayrılırdı. Əlbəttə, qəzetin ziyasına yığışan maarifçilər bilirdilər ki, açıq-aşkar fikirlərlə çıxış etmək həm onlara, həm də mənsub olduqları xalqa baha başa gələ bilər.
Avtosfer.az xəbər verir ki, qəzetin 19-cu əsrdə verdiyi iqtisadi xəbərlərin bir çoxu dövrümüzlə səsləşir. “Əkinçi”nin 5 sentyabr 1875-ci il, 4-cü nömrəsində belə bir qısa xəbər yer alırdı:
“Peterburqda bir neçə dükanlarda belə dadistəd edirlər. Dükançı bir dəftər saxlayıb ki, hər müştəri verdiyi məbləğin qədərin oraya yazır, sonra dükançı hər 20 manata ol müştəriyə 1 manat verir”.
Bu, keşbəkin klassik formasıdır. Müasir dövrdə proses elektronlaşıb. Lakin ümumi prinsip dəyişməyib.
Qəzetin 5 oktyabr 1875-ci il nömrəsində nəqliyyat xəbəri də yer alır: “Peterburq şəhərinin camaat məclisi sərəncam edib ki, şəhərin küçələrində atlar ilə işləyən dəmir yolu təmir olunsun. Bu il 50 verst tamam olub, gələn il də 135 verst tamam olacaqdır...”
Vüqar
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












