"20 Yanvar"dakı "yiyəsiz" obyektlərin aqibəti necə olacaq? – AÇIQLAMA - FOTO

Metronun “20 Yanvar” stansiyasının altındakı yeraltı keçidlərdə yerləşən ticarət obyektləri bir ilə yaxındır ki, fəaliyyət göstərmir. Ara-sıra bu obyektlərin açılacağı barədə xəbərlər gündəmə gəlsə də, bu elə söz olaraq qalıb. Mağaza sahibləri isə hələ də ümidlə görləyirlər. Onlar hətta mallarını mağazalardan görürməyiblər. Yaxınlıqdakı ticarətçilərin sözlərinə görə, obyektlərin nə vaxt açılacağı barədə rəsmi məlumat yoxdur.
Bəs, bu obyektlərin aqibəti necə olacaq? Mağazalar yenidən fəaliyyət göstərəcəkmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Bakupost"a verilən açıqlamada bildirildi ki, qeyd olunan keçidlərdə yerləşən ticarət obyektləri “Bakı Metropoliteni” QSC-nin balansında deyil:
“Onların fəaliyyəti ilə bağlı hər hansı sərəncamvermə səlahiyyətimiz mövcud deyil”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Mətin Hüseynov bildirdi ki, keçidlərdəki ticarət obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin balansında deyil:
“Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yeraltı keçid yoxdur”.
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur:
"Tam səmimi deyirəm ki, o obyektlərlə bağlı bizim heç bir məlumatımız yoxdur. Yəqin ki, oranın yiyəsi bilər. Ora özəl mülkiyyətdə olan yerdir, oranın bizə aidiyyəti yoxdur".






"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










