Banner

2023-cü ildə baş vermiş yol qəzalarının dəhşətli statistikası - Ölənlərin sayı ARTDI

Yazarlar 16 Fevral 2024 13:54 Oxunub 3600
2023-cü ildə baş vermiş yol qəzalarının dəhşətli statistikası - Ölənlərin sayı ARTDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsinin 2023-cü ildə baş vermiş cinayət sayılan yol-nəqliyyat hadisələri ilə bağlı açıqladığı statistikanı təhlil edəndə aydın olur ki, ağır nəticəli hadisələrin sayı artıb. Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov məlumat verib. Bildirilir ki, yollarımız getdikcə daha təhlükəli olmaqdadır. Statistikada diqqətçəkən məqamlar var.

2023-cü ildə baş verən hadisələrin sayı 2022-ci illə müqayisədə azalıb. Rəqəmlər belədir: 2022-ci ildə - 1668 hadisə; 2023-cü ildə - 1636 hadisə. Hadisələrin sayı təxminən 1,9% azalıb.

Qəzalarda yaralananların sayı da təxminən 6,1% azalıb (2022-ci ildə - 1456 nəfər, 2023-cü ildə - 1367 nəfər).

Amma bu, vəziyyətin yaxşılaşması deyil. Əksinə, vəziyyət bir az da pisləşib. Yenə də rəqəmlərə baxaq: 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlər – 834 nəfər; 2023-cü ildə ölənlər- 862 nəfər. Hadisələrdə ölənlərin sayı təxminən 3,4% artıb.

Bu rəqəmlər ölkəmizin yollarında vəziyyətin getdikcə daha təhlükəli olmasını göstərir, çünki dünya təcrübəsində yollarda təhlükəsizlik səviyyəsi birbaşa olaraq qəzalarda ölənlərin sayı əsas götürülməklə müəyyənləşdirilir. Artan təhlükə isə onda ifadə olunur ki, baş verən qəzalar əvvəlki illə müqayisədə daha ağır nəticəlidir. Bu səbəbdən hadisə sayı azalsa da, ölənlərin sayı artmışdır. Başqa sözlə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi əhəmiyyətli dərəcədə pisləşmişdir.

Ən acınacaqlısı odur ki, bütün bunlar 2018-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasının yekunlaşdırılmalı olduğu ilə aiddir.

Qeyd edək ki, dövlət proqramında gözlənilən nəticələrdən biri onun icrasının yekununda yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması idi. Amma rəqəmlər az qala bunun tərsini göstərir: proqramdan əvvəlki ildə (2018-ci ildə) belə hadisələrdə ölənlərin sayı 722 nəfər idisə, 2023-cü ildə bu göstərici 862 nəfərədək artıb. Yəni təxminən 19,4%-lik bir artım var.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh