5 yaşlı qızdan böyüklərə piyada keçidi dərsi – VİDEO

Yazarlar 26 Avqust 2014 12:41 Oxunub 2204
5 yaşlı qızdan böyüklərə piyada keçidi dərsi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Sizdən tələb edirik ki, yeraltı və yerüstü piyada keçidlərindən düzgün istifadə edəsiniz»

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyada keçidlərindən istifadə etməyən böyüklərə azyaşlı uşaqların dili ilə təsir etmək qərarına gəlib. İdarənin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yeni hazırlanan sosial çarx yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyən böyüklərə aiddir. Çünki bəzən azyaşlıları, gəncləri də qayda pozmağa məhz böyüklər vadar: «Odur ki, biz, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq bu cür sosial çarxlar vasitəsilə əhalini maarifləndirməklə onları qayda-qanuna riayət etməyə çağırırıq. Təsadüfi deyil ki, ötən il piyada keçidlərindən istifadə etmədiyinə görə inzibati məsusliyyətə cəlb olunan piyadaların sayı 120 min nəfərdən artıq olub. Bu il yanvarın 1-dan avqustun 24-dək isə cərimələnən piyadaların sayı 97 mini ötüb. Qeyd etmək istərdim ki, Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ölüm hallarının yarıdan çoxu piyadavurmaların payına düşür. Bu hadisələri də təhlil etdikdə görürük ki, piyadavurma hallarının da əksər hissəsi keçiddən istifadə etməyən və ya düzgün istifadə etməyən piyadaların vurulması ilə bağlıdır».

Viqif Əsədov bildirib ki, uşaqların dili ilə böyüklərə təsir etmək üçün hazırlanan bu sosial çarxda bütün piyadaların qaydaları əməl etməsinə, keçidlərdən düzgün istifadə etməsinə çağırış var. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində yol hərəkətini öyrənən bu azyaşlının müracaiətinin mahiyyəti belədir: «Biz kiçik yol polisləri olaraq sizdən tələb edirik ki, yeraltı və yerüstü piyada keçidlərindən düzgün istifadə edəsiniz. Əgər siz keçidlərdən düzgün istifadə etməsəniz yol qaydalırını poza və çoxlu qəzalar törədə bilərsiniz. Hətta, özünüzün və başqalarının həyatını təhlükə altına qoyarsınız».

Vaqif Əsədov yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, piyada keçidlərindən istifadə etsinlər. Əks halda, onları 20 manat cərimə gözləyir: «Bu, inzibati xətadır. Amma hər kəs dərk etməlidir ki, onu evdə kimsə gözləyir». 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh