“Təcrübəsiz sürücülər və düzgün qurulmayan yol infrastrukturu yollarda tıxaca səbəb olur” - AÇIQLAMA

“Xüsusən yağıntılı havalarda bir çox təcrübəsiz sürücülər sürət rejiminə, ara məsafəsinə əməl etmədikləri üçün yol-nəqliyyat hadisəsi baş verir. Qəza yerinə polis və təcili tibbi yardım briqadasının, sığorta şirkətinin əməkdaşlarının gəlməsini gözləyirlər ki, bu da yollarda tıxacın yaranmasına səbəb olur. Avtomobillərin hərəkətini bərpa etmək üçün aidiyyatı qurumların əməkdaşları cəlb olunur ki, bu da vaxt itkisi deməkdir”. Bu fikri Busaat.az-a özəl açıqlamasında avtoekspert Elməddin Muradlı bildirib. Onun fikrincə, yaranan tıxaclara yağışdan sonra yaranan gölməçələr də təsir edir. Yağış sularının axıdılması üçün kanalizasiya sistemləri düzgün qurulmadığına görə yollarda ciddi fəsadlar yaranır ki, bu da sürətin azalmasına səbəb olur. Bu problem isə illərdir ki, öz həllini tapmayıb.
“Bu gün hamımız bunun şahidi olduq ki, az miqdarda yağış yağan kimi yollarda avtomobillərin hərəkəti iflic hala düşür. Çünki yol infrastruktru qurularkən bu cür problemlərin yaranacağı nəzərə alınmayıb. Düşünürəm ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün Bakının yol şəbəkəsi sökülüb, yenidən qurulmalıdır. Ancaq bu nə dərəcədə mümkündür, deyə bilmərəm. Ortaya suallar çıxır ki, bu suallara da cavab vermək mənim üçün çətindir. Çünki bu problemlərin həll olunması istiqamətində aidiyyatı qurumlar elə də maraqlı deyil. Məhz, əsas problem də buradan qaynaqlanır”, – avtoekspert vurğulayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












