Abşeronda ağacların quruması ilə bağlı araşdırma aparılıb - AÇIQLAMA

Sosial şəbəkədə Abşeron rayonu ərazisində ağacların quruduğu və baxımsız vəziyyətdə olduğu barədə məlumatlar yayılıb. Vətəndaşlar bu vəziyyəti ağaclara vaxtında və lazımi şəkildə qulluq göstərilməməsi ilə əlaqələndirirlər.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, rayonda mövcud olan şam və digər həmişəyaşıl ağac-kolların, bütün aqrotexniki qulluq tədbirlərinə baxmayaraq, bir neçə ünvanda quruma müşahidə olunub:
"Bu səbəbdən Abşeron Rayon İcra Hakimiyyəti 10 may 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edərək, ağacların quruma səbəblərinin araşdırılmasını, qurumuş ağacların götürülməsi və yerində yeni tinglərin əkilməsi ilə bağlı rəy verilməsini xahiş edib.
Agentlik tərəfindən aparılan araşdırma nəticəsində 2 iyul 2025-ci il tarixli rəsmi məktubla müvafiq rəy təqdim olunub. Rəyə əsasən, qurumuş ağacların götürülməsi və yerinə mövsümə uyğun olaraq yeni ağac və gül kollarının əkilməsi tövsiyə edilib. Abşeron Rayon İcra Hakimiyyəti bu rəyə uyğun olaraq yaxın günlərdə həmin prosesə başlayacaq", - deyə məlumatda qeyd edilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












