Reklam

Adamı geyiminə görə qarşılayırlar... - Şortik qalmaqalına sözardı

Yazarlar 21 Sentyabr 2020 15:07 Oxunub 1910
Adamı geyiminə görə qarşılayırlar... - Şortik qalmaqalına sözardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Konservativ insan deyiləm. İstirahət məkanlarında, gəzintidə, balıq tutanda, dənizdə şortik geyinmək, necə deyərlər, müstəhəbdir. Ötənlərdə qadınların "şortik hüququ" dartışılardı. İndi şükürlər olsun, xanımlarımızın geyim-kecimi ilə bağlı problem yoxdur.

Heç kişilərin də belə dərd-səri mövcud deyil...

Problem bəlkə də ondadır ki, cəmiyyətlə hesablaşmaq istəməyən, axına qarşı getməyə çalışan adamlar var. Əlbəttə, bu da təbiidir, cəmiyyət yekcins deyil. Hər kəs fərqli düşünməkdə, yaşamaqda sərbəstdir.
Ancaq bir məsələ də var: yazılmamış qaydalar. Bu, ən ciddi məsələdir.

Xüsusən o kontekstdə ki, mənim sərbəstliyim, istəyim, tərzim digərlərinin - insanların, qurumların, toplumların qəbul etdiyi norma və tərzin pozulmasına, aşağılanmasına səbəb olmamalıdır.

Əksər ölkələr, xalqlar, toplumlar öz cəmiyyətlərinin quralları üzrə bu kimi məsələləri çoxdan həll ediblər... Amma söhbət bu gün gündəmdə olan şortik qalmaqalından gedirsə, bütün toplumlarda bu sarıdan incəliklər var: Dünyanın hər yerində geyim məsələsi müvafiq standartlara əsaslanır. Əlbəttə, biz bu mövzuda Norveçlə, Almaniya ilə özümüzü müqayisə etsək, çox yanılmış olarıq. İdarəetmədə, hüququn aliliyi məsələsində avropalılardan yaxşı nümunələr götürə bilərik. Ancaq unutmayaq, biz 13 əsrdən çoxdur müsəlman cəmiyyəti, müsəlman ölkəsiyik. Toplumumuzun özünəxas ənənələri, yazılmamış qaydaları var. Pisdir, yaxşıdır, bu ayrı mövzudur. Ancaq cəmiyyətin və bu cəmiyyətin üzvlərinin çalışdığı qurumların qeyri-rəsmi qaydaları - dress-kodlar - çoxdan oturuşub və bu, uzun illər dəyişməyəcək...
DYP sözçüsü, indiyədək kimsənin ondan narazılıq etdiyinə rast gəlinməyən Kamran Əliyev də bunu demək istəyib. Onu sosial şəbəkələrdə niyə "daşlayırlar", anlamıram...

Kamran.jpg (36 KB)

Məsələn, DYP-yə imtahan verməyə şortiklə gedən gənc bu geyimdə hansısa bir nazirliyə, digər idarəyə getsəydi, orada da eyni münasibəti görəcəkdi. Etiraf edək, 90 faiz insanlarımız bu tərzi rəsmiyyətdə qətiyyən qəbul etmir...

Və ən əsası, bir neçə imtahan verən adam yaxud dindar, inanclı xanım bu geyimə görə orada sıxılırsa, etiraz edirsə, məntiq nə deyir? 1 nəfər ya uzaqlaşdırılmalı, ya da normal geyimdə gəlib, imtahanda iştirak etməlidir... 

tia_e1b98357c53ea8c9203486240d575ee6_h69fxmkes71t8a23iulb.jpg (69 KB)
Elementar bir misal: Məgər sürücülük imtahanına şortiklə gedən gənc Dövlət İmtahan Mərkəzininin təşkil etdiyi qəbul, buraxılış imtahanına bu cür gedərdimi? Getsəydi ona münasibət fərqli olacaqdımı? Qətiyyən, çünki eyni dəyərləri bölüşən vətəndaşlardır orada olanlar da. Eləcə də DYP-də...
Təbii, hər hansı bir şəxsə bulvarda, dəniz kənarında, rayonlardakı istirahət mərkəzlərində şortiklə dolaşdığına görə kimsə irad bildirə bilməz. Ancaq istər Azərbaycanda, istər MDB ölkələrində, istər Avropada, istər Amerikada yazılmamış qaydalara hər kəs əməl edir, rəsmi işlərin dalınca gələndə ciddi geyimdə olurlar. İnanmıram ki, Tramp sürücülük imtahanına şortiklə gedə bilər...

Yeri gəlmişkən, heç DYP-yə imtahana şortiklə gedən Fərid Pərdəşünas adlı gənc özü də dəvət aldığı müxtəlif tədbirlərə şortiklə getmirmiş. Məsələn, googledə axtarış verəndə, onun TV-yə kostyumda gəldiyinin şahidi oluruq...

images.jpg (11 KB)


Hətta uzaqlarda, qeyri-müsəlman toplumlarda, Qərbdə, Avropada fərqli nələrsə varsa, o demək deyil ki, biz öz 1000 illik oturuşmuş ənənələrimizi, dəyərlərimizi ona oxşatmalıyıq. Özümüzə oxşamaq qəbahətdirmi?! Məgər heç bu bütün dünyada fərqli formalarda işlənən, Azərbaycanın məşhur atalar sözləri sırasında olan "İnsanı geyiminə görə qarşılayıb, danışığına görə yola salırlar" zərb-məsəlini eşitməmisinizmi? Şübhəsiz, hamı eşidib. Və hamı da fərqində olmalıdır ki, toplumun daşlaşmış qurallarını pozmaq olmur və olmaz...

 

Elşad Məmmədli

"Yeni Müsavat"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh