Ağdamı paytaxt kimi tikək! - Jurnalistdən TƏKLİF
Yeni Baş plana görə, 2040-cı ilədək Bakıya 100 milyard manata yaxın pul xərclənəcək. Havası toksik, içməli su mənbələrindən çox uzaqda yerləşən, tıxacları günü-gündən çoxalan Bakıya bu qədər vəsait qoymağa dəyərmi?
Yarısı avtobuslar, indi də velosipedlər üçün ayrılmaqda olan dar yollar, yağış sularını ötürə bilməyən kanalizasiya sistemi, insanlarla həddindən artıq yüklənmə, nizamsız gecəqondular, şəhərin ətrafa doğru böyümək imkanlarının məhdudluğu, ölkənin tam bir kənarında yerləşməsi və sair və ilaxır saysız-hesabsız arqumentlər var ki, paytaxtımızın, nəhayət dəyişməsi haqda düşünməyi kifayət qədər zəruri edir.
Nə təklif etmək olar? Gəlin ən rahat, ən ağlabatan, ən perspektivli istiqamətə yönələk: Qarabağ. Bu ərazidə ən uyğun şəhər isə Ağdamdır. Hazırda şəhər sıfırdan qurulur. Bunun özü isə bir imkandır. Yəni nəyisə sökmək, nəyisə köçürmək ehtiyacı yoxdur. Ona görə də indidən bütün detalları, Bakıda rastlaşdığımız çətinlikləri, o cümlədən şəhərsalmada müasir dünya standartlarını, eləcə də 10 illər sonranın mümkün inkişaf istiqamətləri və cəhətlərini nəzərə almaqla, Ağdamı paytaxt kimi tikmək lazımdır. Siyasi, iqtisadi və təhlükəsizlik baxımından uyğun yerləşmə - ölkənin təxminən orta bir ərazisi, təmiz hava, su, elektrik mənbələrinə yaxınlıq, Kiçik Qafqaz dağlarının bütün gözəlliyi əl altında, paytaxt sakinlərinin indikindən daha sağlam və xoşbəxt yaşamaq göstəricisi, coğrafi baxımdan Naxçıvana, Türkiyəyə və Avropaya yaxınlıq və başqa çoxsaylı üstünlüklər, imkanlar.
Məsələnin digər tərəfi də odur ki, Bakıya qoyulacaq 100 milyard vəsaitin şəhərin problemlərinin heç 30 faizini də həll etməyəcəyini hər kəs yaxşı bilir. Hətta həll eləsə belə, davamlı olmayacaq, 5-10 il sonra daha kəskin şəkildə ortaya çıxacaq. Elə isə, "kosmetikaya" 100 milyard xərcləmək lazımdırmı? Halbuki, bu vəsaitdən bəlkə daha azını sərf etməklə müasir, gözəl bir şəhər - yeni paytaxtımızı tikə bilərik. Özü də 2040-dan daha tez.
Nəticədə ölkəmiz "uzun illərdi müalicə olunan, amma heç cür sağalmayan" bir dərddən, ağır bir problemdən həmişəlik qurtulmuş olar, Azərbaycan rahat nəfəs alar.
Məğrur Əli Polad
jurnalist
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












