«Ağıllı» radarlar ağılsız çıxdı - ŞƏRH

Yollarda «ağıllı» radarların quraşdırıldığı barədə məlumat ictimai marağa səbəb olub. Bəri başdan qeyd edirəm ki, bunlar hamısı şayiədir və ölkəmizin hər hansı yolunda belə bir radar yoxdur. Yollarda müəyyən yerlərdə asfaltın üzərinə qoyulmuş naqillər isə yolda hərəkət şiddətini, yəni konkret müddət ərzində həmin yerdən keçən nəqliyyat vasitələrinin sayını müəyyən edən sayğacdır. «Ağıllı» adlandırılan radarın mahiyyəti ondan ibarətdir ki, avtomobilin müəyyən yol sahəsində orta sürətini müəyyən etmək olur. Yəni avtomobilin qabaqdakı konkret bir nöqtədən növbəti bir nöqtəyə qədər qət etdiyi məsafə, həmin məsafəyə sərf etdiyi zamana bölünərək onun bu iki nöqtə arasındakı orta sürəti tapılır.
Əslində bu, çox sadə bir ideyadır. Hətta adi nəzarət kameralarının köməyi ilə 5-ci sinif səviyyəsində riyazi bilikləri olan istənilən adam həmin «ağıllı» radarın işini görə bilər. Yəni real vaxt rejimində işləyən birinci kameranın yanından keçmə vaxtını və növbəti belə kameranın yanından keçmə vaxtını qeydə alaraq, habelə bu kameralar arasındakı məsafəni bilərək istənilən adam V=S/t düsturu ilə avtomobilin sürətini hesablaya bilər.
Amma yollarda «ağıllı» adlandırılan radarların quraşdırılması sadəcə texniki məsələ deyil. Bu, həm də hüquqi məsələdir. Ona görə də belə yeniliklərin edilməsi üçün əvvəlcə qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir. Hazırkı qanunvericilik o radarın göstəricisini sübut kimi qəbul edir ki, həmin radar nəqliyyat vasitəsinin konkret andakı hərəkət sürətini müəyyən etməklə onun fotoşəklini və ya videogörüntüsünü çəksin. Başqa prinsip və ideya əsasında çalışan sürətölçənin göstəricisi sübut kimi qəbul edilə bilməz. Belə fərqli sürətölçənin göstəricisi əsasında heç kəs sürət rejimini pozmaya görə məsuliyyətə cəlb edilə bilməz.
Düzdür, ölkəmizdə sürət həddinin aşılması ilə bağlı ciddi problemlər var. Şəxsən mən sürət rejiminə daha səmərəli nəzarətin istənilən qanuni variantını məqbul sayıram. Amma xüsusi qeyd etmək istəyirəm ki, istənilən yenilik qanunvericiliyə tam uyğun tətbiq edilməlidir.
Sürücülərimizə isə tövsiyə edirəm ki, yüksək dərəcədə intizamlı olsunlar və sürət rejimini pozmasınlar. Belə olsa, hansı radarın olması, onun necə işləməsi sizə maraqlı olmayacaq.
Ərşad Hüseynov,
hüquqşünas
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












