Avtobus sürücüləri ilə bağlı vacib açıqlama: “Ayda 3-4 min alırlar”

Son zamanlar avtobus sürücüləri barədə redaksiyamıza şikayətlər daxil olur. Müraciət edən şəxslər sürücülərin sərnişinlərlə kobud davrandığını bildirirlər. Hətta onların əlil və yaşlı şəxslərə də sərt reaksiya verdiyi iddia olunur.
Bəs avtobus sürücülərinin bu cür hərəkətləri və aqressiyası nədən qaynaqlanır? Bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır ki, sərnişinlərin narahatlığı aradan qaldırılsın?
Avtosfer.az xəbər verir ki, problem barədə yeni sabah-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Avtobus sürücüləri arasında belə neqativ hallara yol verənlərin sayı təəssüf ki, artmaqdadır. Son günlər bu barədə xəbərlər, videogörüntülər sosial şəbəkələrdə yayılmağa davam edir. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət mexanizmini gücləndirməsinə ehtiyac var. Çünki nəzarət nə qədər güclü və sərt olsa, o qədər effektiv olur. Ancaq nəzarət tədbirləri gücləndirildiyi təqdirdə, sürücülər işdən çıxarılmalıdır. Azərbaycanda sürücülərlə bağlı kifayət qədər problemlər var. Əvvəllər ölkədə sərnişindaşıma planla həyata keçirilirdi. Yəni, sahibkar avtobusu hansısa sürücüyə təhvil verirdi və həmin şəxs sahibkarın planını günün sonunda ödəyirdi. Yerdə qalan qazanc isə özünün olurdu. Sonra maaş, kart sistemi tətbiq edildi. Sürücülər ayda 3-4 min qazana bilmədilər. Maaş isə 800-1000 azn arası tətbiq edildi. Bu isə onlara sərf etmədi. Hələ də sürücü olaraq avtobusda fəaliyyətlərini davam etdirənlər 8 saat bu işlə məşğul olur, qalan saatları isə taksi sürür. Həmin sürücülər bunu dolanışıq məsələsi, maddi problemlərin ucbatından edirlər. Onların böyük əksəriyyəti xarici ölkələrə, əsasən də Polşaya üz tutub. Son iki-üç il ərzində kütləvi axın olub. Həmin sürücülər artıq 3-4 min avro məbləğində maaşla təmin olunublar”.
Ekspert ehtiyat sürücü bazasının yaradılması haqqında layihə hazırlanmasını təklif edir:
“Azərbaycanda sürücülərin sayının azalması qeyri-peşəkarların bu sahəyə ayaq açmasına şərait yaradır. Bilirlər ki, sürücü qıtlığı var, say azdır. Onları işdən çıxarmaq olmur. Uzağı danlayaraq, yola verəcəklər. Bu səbəbdən sürücülər arasında özbaşınalıq hallarına rast gəlinir. Məsələ belə qalmamalıdır. Onlara normal əməkhaqqı təyin edilməlidir və normal iş rejimi əsasında fəaliyyət göstərmələrinə şərait yaradılmalıdır. Həmçinin, ehtiyat sürücü bazasının olması üçün layihə işlənməlidir. Geniş sürücü bazasına çox böyük ehtiyac var. Problemin kökü buradadır”.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










