"Avtobusda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq" - AÇIQLAMA

Bir çox ölkələrdə,məsələn, qonşu Gürcüstanda avtobusda gediş haqqını bank kartı ilə ödəmək mümkündür. Bəs Azərbaycanda sərnişinlər üçün ödəniş üsulunu asanlaşdırmaq üçün bunu tətbiq etmək mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,Azərbaycanda da artıq buna hazırlıq işləri gedir və yaxın vaxtlarda avtobuslarda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq:
"Bununla bağlı 2-3 gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə müzakirəmiz olub. Bildirilir ki, son tamamlanma işləri görülür. Çox möhtəşəm bir layihə hazırlanır və bu layihənin icrası vətəndaşlarımıza imkan verəcək ki, bank kartları ilə ictimai nəqliyyatda gediş haqqı ödəyə bilsinlər. Bunun baş tutması vətəndaşlar üçün çox səmərəli və faydalı olacaq. Hesab edirəm ki, gələcəkdə digər variantları da gözdən keçirtmək olar. Məsələn, tələbə kartları və şəxsiyyət vəsiqəsinin fin kodundan istifade etmək olar. Sürücülük vəsiqəsinin özündən belə gələcəkdə bank kartı kimi istifadəsi, müəyyən əməliyyatlar həyata keçirmək mümkündür. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsi də açıqlama vermişdi. Azərbaycanda ictimai nəqliyyatda ödəniş üsullarının çeşidliliyi təmin oluna bilər. Birinci mərhələdə bank kartları ilə ödəniş olacaq. Yəqin ki, payız aylarına qədər şad xəbər gözlənilir".
(big.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












