Avtobusdan çəkic oğurlayanların cəzası... – AÇIQLAMA

Qəza zamanı şüşələri sındırmaq üçün nəzərdə tutulan çəkici avtobusdan oğurlayanları anlamaq elə də asan deyil. Bu adamların motivasiyası nəymiş, görəsən?
Avtosfer.az xəbər verir ki, bu sözləri “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, avtobusdan çəkici oğurlamaq çox məsuliyyətsiz hərəkətdir: “Birincisi, ictimai-mənəvi məsuliyyətsizlikdir. Ümumi əmlaka, ictimai nəqliyyata ziyan vururmaq ictimai dəyərlərə hörmətsizliyin ən pis formasıdır. İkincisi isə hüquqi məsuliyyətsizlikdir.
Çox güman ki, bu adamların ağlına da gəlmir ki, onlar bu 5-10 manatlıq çəkicə görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 3 ayadak inzibati həbs oluna bilərlər, yaxud 160 saatdan 240 saatadək ictimai işlər növündə tənbeh ala bilərlər”.
Ekspert qeyd edib ki, onları tapıb məhz həmin ictimai işlərə, özü də avtobus dayanacaqlarında təmizlik işlərinə cəlb etmək lazımdır ki, ictimai dəyərləri sevsinlər.
Qeyd edək ki, BakuBus MMC bir qurup şəxs əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicinin oğurlayıb.
(teleqraf)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












