Avtobuslarda qiymət artımı taksi qiymətlərinə təsir göstərəcək? - AÇIQLAMA

Dünən qəbul edilən qərara əsasən ictimai nəqliyyatda gediş haqqı 60 qəpik müəyyən edilib. Bu isə taksilərdə qiymət artımı məsələsini gündəmə gətirir.
Taksilərdə qiymət artımı baş tuta bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "redaktor.az"a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, taksi qiymətini rəqəmsal texnologiya və Nəqliyyat Nazirliyi təyin etmir:

"Taksilərdə qiyməti bazar təyin edir. Tələbatın vəziyyətindən, günün vaxtından, taksinin növündən asılı olaraq qiymətlər fərqli ola bilər. Hətta eyni taksi ilə günün müxtəlif vaxtlarında fərqli qiymətlərə gedə bilərsiniz. Avtobus qiymətləri ilə taksi qiymətlərinin arasında ciddi əlaqə yoxdur. Avtobus qiymətlərini də o qədər qaldırmayıblar ki, əhali avtobusu bahalı hesab edib taksiyə minsin. Taksi qiymətləri daha bahadır. Artımdan sonra avtobus qiymətləri 60 qəpikdən başlayırsa, taksi qiymətləri ən qısa məsafəyə belə 2 manat 50 qəpikdən başlayır. 10 qəpiyə narahat qalıb daha bahaya heç kim getməz. Ona görə də heç bir əlaqə yoxdur. Ümumiyyətlə, taksi qiymətlərini də dövlət qaldırmadığına və endirmədiyinə görə burada belə inzibati qərar da gözlənilmir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












