Avtobuslarda və taksilərdə karantinlə bağlı yenilik - VİDEO

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.
Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.
“Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.
Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.
Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək”, - məlumatda qeyd edilib.
Emin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










