Avtokran sürücüsü cərimə protokolu ilə RAZI DEYİL: "Maşını sürə bilmirəm" - AÇIQLAMA - FOTO

Avtokran sürücüsü Emin Balayev ona yazılan cərimə protokolu ilə razı deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə şikayətçi Oxu.az-a müraciətində ona tərtib olunan protokolun əsassız olduğunu iddia edib:
"Özümə məxsus 10-MY-378 dövlət nömrə nişanlı avtokranım var, amma cərimələr səbəbindən sürə bilmirəm. Heç bir əsas olmadan cərimə yazılır. Soruşanda deyirlər ki, axşam saat 10-a kimi maşını idarə edə bilmərəm, çünki Nazirlər Kabinetinin qərarı belədir.

Qərarda isə açıq-aydın qeyd olunub ki, 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə səkkiz tondan artıq olan yük avtomobillərinin səhər saat 7:00-dan axşam 22:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub. Gördüyünüz kimi mənim maşınım istisna kimi nəzərdə tutulan xüsusi təyinatlılar kateqoriyasına aiddir və hətta protokolda da bu, öz əksini tapıb", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli vətəndaşın müraciətinin araşdırıldığını diqqətə çatdırıb:

"Vətəndaş Emin Ağadadaş oğlu Balayev BŞDYPİ-yə dəvət olunaraq özünün iştirakı ilə məsələ araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək", - deyə T.Nəsirli vurğulayıb.


Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











