Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA

Bir neçə gündür sosial şəbəkələrdə rezonansa səbəb olan hadisə – Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovun 16 yaşlı qızı qaçırması olub. İddialara görə 36 yaşlı Turab Tahirov məscidə “Quran” dərsi almağa gələn yeniyetməni Göyçay rayonunun Qaraməryəm kəndinə apararaq orada saxlayır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Qaçırılma olayından sonra 16 yaşlı qız sosial şəbəkələrdə videomüraciət yayaraq, heç bir məcburiyyətin və zorakılığın olmadığını deyib, axunda öz razılığı əsasında qoşulub qaçdığını dilə gətirib. O, həmçinin ailəsi tərəfindən dəfələrlə fiziki şiddətə və təhqirlərə də məruz qaldığını vurğulayaraq, bir növ atdığı addımı doğmalarının onu qısnadığı ilə əsaslandırıb.
Yeniyetmə qızların tez ailə qurmasına səbəb doğrudanmı ailədaxili problemlərdir?
Məsələyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə, O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu kimi hallarda yalnız ailədaxili münasibətləri əsas gətirməklə kifayətlənmək düzgün yanaşma deyil:
“Burada təkcə ailəni ittiham etməklə məsələ bitmir. Qarşı tərəf – yəni axund – manipulyasiya və sui-istifadə hallarına yol verib. Onun kifayət qədər inandırma və ətrafına insan toplama bacarığı var. Təəssüf ki, o bu üstünlüklərindən azyaşlının psixoloji həssaslığını istismar etmək üçün istifadə edib”.
Mehriban Zeynalova qeyd edib ki, yeniyetmənin yaş dövrü aşiq olmağa və simpatiya hiss etməyə açıq bir mərhələdir.
Lakin qarşısındakı yetkin şəxs bu duyğulara istiqamət verərək, sağlam qərarların formalaşmasına dəstək olmalıdır:
“Əgər ailədə problem olubsa və qız bu mühitdən qaçmaq istəyibsə, bu, sui-istifadəyə əsas vermir. Əksinə, qarşı tərəf onun kövrək durumunu anlayaraq məsuliyyətli davranmalı idi. Lakin görünən odur ki, axund bu vəziyyətdən maksimum istifadə edib və yeniyetməni ailə qurmağa təhrik edib. Qız da sadəlövh şəkildə bunu doğru qərar hesab edib”.
M.Zeynalova əlavə edib ki, belə hallarda müvafiq qurumlar məsələyə müdaxilə etməli, azyaşlının psixoloji vəziyyəti araşdırılmalı və ona mütəxəssislərlə işləmək üçün şərait yaradılmalıdır:
“Qız bu mərhələdə öz fədakarlığını göstərmək, sevdiyini qorumaq hissi ilə hərəkət edir. Amma unutmamalıyıq ki, o hələ formalaşmamış bir fərddir və onun müdafiəyə deyil, mühafizəyə ehtiyacı var”, - deyə Mehriban xanım müvafiq qurumlara səslənib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










