Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Avtosfer.az BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytına istinadən xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.
18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv olaraq seçilir.
Qeyd edək ki, Nadir Adilov Nadir Adilman psevdonimi ilə Azərbaycan və bir çox ölkələrdə nəşr edilən kitabların müəllifidir. Onun biznes inkişafı üzrə yazdığı kitablar bestseller kitablar sırasında yer alır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı










