Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi haqqında - QEYDLƏR - FOTOQALEREYA

Yazarlar 15 May 2020 12:20 Oxunub 6242
Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi haqqında - QEYDLƏR   - FOTOQALEREYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Koronavirusla mübarizədə ön cəbhədə savaşan polisə həsr olnur

Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 3 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim. Bu gün onlar dövlət tərəfindən hər şeylə təmin olunub. Amma mənəvi dəstəyə hər zaman ehtiyac var. Koronavirusla mübarizədə bütün dünya ciddi mübarizə aparır, döyüşür. Azərbaycanda da bu mübarizəni və döyüşü həkimlərlə yanaşı polisimiz aparır. Odur ki, rəisindən tutmuş sıravi əməkdaşının da ön sırada olduğu polis haqqında düşüncələrimi qeyd etməyi vacib sayıram. Bu gün Azərbaycan polisi insanları qorumaq üçün; - post qurub bizə keşik çəkir - 24 saat küçə və yollarda xidmət aparır

- insanları maarifləndirir

- onlara pulsuz tibbi maska, əlcək paylayır

- metroda, avtobusda insanları qorumaq üçün nəzarət tədbirlərini həyata keçirir

- insanları qoruyarkən özləri virusa yoluxur

- imkansız ailələrə yardımlar aparır

- karantin qaydasını pozanlarla əvvəlcə təbliğat xarakterli söhbət aparır

- daha sonra qayda pozanları cəzalandırır

- yolda qalanlara kömək edir

- yanğın baş verəndə yanğınsöndürən olur

- ağır yaralı və ya xəstə olanda təcili yardım sürücüsü kimi onu xəstəxanaya aparır.

Bütün bunlarla yanaşı gündəlik işlərini də davam etdirirlər;

- cinayətkarlığa qarşı mübarizə aparır

- narkotiklərə qarşı mübarizədə amansızdır

- yollarda qəzaların baş verməməsi, qayda pozanların çoxalmaması üçün gərgin iş görür

- bu gərgin dövrdə vətəndaş müraciətlərinə dərhal baxılır

- sosial şəbəkələrdə, mediada yayılan istənilən xəbərə dərhal reaksiya verir

- TV-də, sosial şəbəkələrdə, mediada insanları dayanmadan informasiya ilə təmin edir

- hara baxsaq polisi görürük

- ən gərgin nöqtələrdə hamıdan öndədir

- bu qədər gəgin iş rejimində vətəndaşlarla xoş davranır

- səbrli, təmkinli və cəsarətli davranır.

Bizi qorumaq üçün daha nələr etmirlərki?

Bütün bunlar əsas verir ki, biz birlikdə güclü olaq və deyək:

Yaşasın Azərbaycan polisi

Var olsun Azərbaycan polisi

Səninlə qürur duyuram bizim polis...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh