Azərbaycanda benzin ucuzlaşa bilər? - İnandırıcı görünmür - AÇIQLAMA

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlanacağı barədə məlumat yayılıb.
Bu məlumat yayılandan sonra bəziləri düşünürlər ki, sözügüdən istehsalın başlanması Azərbaycanda Aİ95 (“Premium”) markalı benzinin qiymətinə təsir edəcək, ucuzlaşma olacaq.
Bəs həqiqətən də belə bir hal baş verə bilərmi?
Avtosfer.az xəbər verir ki, suala cavab verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, o, benzinin icizlaşacağına inanmır:
“Məntiq və bazar qanunları işləsəydi, sualın cavabı çox aydın idi – bəli, yerli istehsal olsa, artsa Aİ95 ucuzlaşmalıdır. Amma Azərbaycan reallığını nəzərə alsaq, mənzərə belədir: Aİ95 və Aİ98 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, formal olaraq qiyməti bazar, tələb-təklif, oyunçu sayı və rəqabətli mühit tənzimləməli idi. Amma nə baş verdi – SOCAR və onun törəmə şirkətləri bu sahədə vahid inhisarçı oldular, heç kəsi bazara buraxmadılar, rəqabət yaranmadı, qiymət 2 manatda qaldı. SOCAR 2022-ci ilin iyul ayında Aİ95-in qiymətini 2 manata qaldıranda dedi ki, “dünyada neft bahalaşıb, biz “Premium” benzinini xaricdən alırıq, ona görə də qiyməti 2 manata qaldırırıq”.
2022-ci ilin iyul ayında dünya bazarında neft doğrudan da 110 dollara qalxmışdı. Yaxşı, bəs o gündən sonra neft ciddi dəyər itirdi, 2023-cü ilin sonunda 81-82 dollar civarında idi, niyə SOCAR Aİ95-in qiymətini aşağı salmadı?! Bu gün brent markalı neft 77 dollardır, bəs yaxşı, neft bahalaşan kimi benzinin qiymətini yüksəldən SOCAR, neft düşəndə niyə qiyməti salmır?!
Dediyim odur ki, bizdə məntiq, bazar qanunları işləmir, ona görə yerli istehsal yaranan kimi benzinin ucuzlaşacağına inam azdır».
(modern)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










