Azərbaycanda benzinin qiyməti qalxacaq? - AÇIQLAMA

Son günlər Bakının müxtəlif ərazilərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin satışında fasilələr yaranıb. Sürücülər sosial şəbəkələrdə bu yanacaq növünün tapılmamasından şikayətlənirlər. Vətəndaşlar arasında vəziyyətin nə ilə bağlı olduğu və nə qədər davam edəcəyi ilə bağlı suallar yaranıb.
Bəs bunun səbəbi nədir? Bu bir müddət sonra benzinin qiymətinin qalxmasına səbəb ola bilərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli "Referans"a açıqlamasında bunun əsas səbəbinin Aİ-95 markalı benzini Azərbaycanda çox az istehsal edilməsi olduğunu deyib.
“Bu benzin növü daha çox Ruminiya və Rusiyada idxal edilirdi. Ukraynanın dronlarının Rusiyanın bir çox neftayırma zavodlarına hücumları nəticəsində Aİ-95 markalı benzinin istehsal zəncirini darmadağın etdi. Bir çox yerlərdə istehsal azalıb. Rusiyada istehsal azaldığına görə onlar daxili bazara köklənirlər, xarici bazara ixraca önəm vermirlər. Buna görə də, Azərbaycan Aİ-95 markalı benzinin gətirilməsində çətinlik çəkir. Hazırda Ruminiyadan gətirilməyə çalışılır. Ona görə də düşünürəm ki, bu qıtlıq müvəqqəti xarakter daşıyır”.
Ekspert qeyd edib ki, benzin azlığı hazırda onun qiymətinin artımına səbəb verəcək qədər çox deyil.
“Aİ-95 markalı neftin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu əslində, sərbəst tənzimlənməlidir. Amma hazırda bazarda bir oyunçu var. SOCAR-ın törəmə şirkətləri onu gətirir. Belə nəticəyə gəlirik ki, onlar istədikləri zaman qiyməti artıra bilərlər. Amma hazırda bu qiymətin artmasına heç bir əsas yoxdur. Çünki dünya bazarında neftin qiyməti 70 dollardan da aşağıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












