Azərbaycanda daha bir qadağa ləğv olunacaq? - Məsələ parlamentdə qaldırılacaq

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
İki günlük yaşayış evlərini tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosail şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar.
Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutmas ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.
Məsələyə ilə bağlı münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi: "Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürüəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış alacaqlar.
Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər.

Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq".
Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: "Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq oluinur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz.
Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam. Baku.ws
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı










