Banner

Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq - AÇIQLAMA

Yazarlar 7 İyun 2024 18:00 Oxunub 594
Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq.
 
Avtosfer.az xəbər verir ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən
“Azərişıq” ASC bu istiqamətdə işləri davam etdirir. Bakıda keçiriləcək COP29 ərəfəsində paytaxtda və regionlarda enerjidoldurma məntəqələrinin (EDM) zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin edilir.
“Şərq” bildirir ki, enerjidoldurma məntəqələri yaşıl enerji ilə dəstəklənir. Bu da öz növbəsində ətraf mühitin qorunmasına xidmət edir. “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı həmin məntəqələr elektromobilləri qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə şarj edir.
 
Cari ilin mart-may ayları ərzində paytaxt ərazisində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdəkan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb. Həmçinin regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə - Zəngilan və Cəbrayıl Elektrik Şəbəkələrinin Rəqəmsal İdarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” Rəqəmsal Yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.
 
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edildiyi ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı sahəsində ciddi addımlar atılır. Enerjidoldurma məntəqələrinin gələcəkdə yaşıl enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda quraşdırılması bu layihələrin davamıdır. Məntəqələrdə alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın günbəgün artması ölkəmizin, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirini göstərəcək.
 
EDM-lərin sayının artırılmasını müsbət dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq. Bu barədə Sherg.az-a açıqlama verən ekspert əlavə edib ki, Azərbaycanda avtomobillərin təxminən 80 faizi köhnə olduğu üçün avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:
 
 
“Elektrik mühərrikli avtomobillər ekoloji cəhətdən təmiz olduğu üçün bu avtomobillərin ölkəmizdə istifadə edilməsi üçün şərait yaradılması təqdirəlayiqdir. Çünki dizel, benzin, qaz və hibrid mühərrikli avtomobillərlə müqayisədə elektrik mühərriki ilə hərəkət edən avtomobillərin havaya buraxdığı emissiyalar xeyli aşağıdır. Sadəcə olaraq, əsas məsələ qiymətlərin sürücülər üçün əlçatan olmasına şərait yaratmaqdır.
Bilirsiniz ki, Prezident İlham Əliyevin məlum sərəncamı Azərbaycanda elektromobillərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılmasına yönəlib. Həmin maneə isə ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə doldurulması şəbəkəsinin azlığı ilə bağlı idi. Əvvəllər belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkün idi. Rayonların əksəriyyətində isə bu şəbəkələr, demək olar ki, yox idi. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirdilər. Rayonlarda yaşayanlar isə demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu, olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır. Bu baxımdan COP29-la əlaqədar paytaxtda və regionlarda enerjidoldurma məntəqələrinin (EDM) zəruri infrastrukturun yaradılması, həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi təqdirəlayiq adıdmdır. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktik işlər də görürük”.
ŞƏRH YAZ
Ad

E-mail

Şərh