Azərbaycanda güclü zəlzələlər olacaq - ŞOK PROQNOZ

Qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycanın seysmik aktivliyinə təsirsiz ötüşmür.
Maraqlıdır, qonşu ölkələrdə zəlzələ olması Azərbaycanın seysmik riskini artırırmı?
Avtosfer.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynovun Konkret.az-a açıqlamasına görə, ölkəmiz Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissəsi olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin toqquşma zonasında yerləşir. “Abşeron yarımadasında ara-sıra hiss olunan zəlzələlər əsasən Şimali Abşeron tektonik qırılması zonasında baş verən ani tektonik hərəkətlərlə əlaqədardır. Son dövrlərdə Azərbaycanda seysmik müşahidə şəbəkəsi genişləndirilib və müasir rəqəmsal cihazlarla modernləşdirilib, bu da zəif seysmik təkanların belə yüksək dəqiqliklə qeydə alınmasına imkan verir”.
Cavid Hüseynov bildirib ki, seysmik təkanların baş verəcəyi vaxtı dəqiq proqnozlaşdırmaq hələ mümkün deyil, lakin ölkə ərazisində gələcəkdə güclü və orta güclü zəlzələlərin olması gözlənilir.
“Seysmik aktivliyi yüksək olan zonalarda mülki və sənaye obyektlərinin tikinti norma və qaydalarına ciddi əməl edilməli, seysmik dayanıqlıq təmin olunmalı, həmçinin insanlara zəlzələ zamanı düzgün davranış qaydaları mütəmadi öyrədilməlidir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










