Azərbaycanda Gürcüstana nisbətən maşın sayı azdır: Bəs niyə tıxac yaranır?

Azərbaycanda avtomobil sıxlığının yüksək olmasına baxmayaraq, ölkədə hər 1000 nəfərə cəmi 195 avtomobil düşür. Gürcüstanda isə bu göstərici 539-dur.
Maraqlıdır, avtomobil sayının az olmasına baxmayaraq, niyə bu qədər tıxac yaranır?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Konkret.az"a bildirir ki, tıxacın əsas səbəbi avtomobil sayının çoxluğu ilə bağlı deyil.

Yasin Mustafayev
Ekspertin sözlərinə görə, Azərbaycanda təxminən 2 milyona yaxın nəqliyyat vasitəsi var və təxminən 10 milyon nəfər vətəndaş yaşayır. Lakin tıxacın yaranmasında əsas amil ictimai nəqliyyatın zəif işləməsidir:
“Almaniyada 2 nəfərə 1 avtomobil düşür, amma tıxac çox azdır. Burada əsas məsələ ictimai nəqliyyatın yaxşı işləməsidir. Bizdə isə paytaxt və böyük şəhərlər yüklənib, insanlar bölgələrdən şəhərlərə axın edirlər. Bu da tıxacın yaranmasına ciddi təsir göstərir. Eyni zamanda, avtobus, metro kimi ictimai nəqliyyat sisteminə kifayət qədər diqqət yetirilməyib. Troleybus və tramvayların ləğvi də vəziyyəti pisləşdirib”, – deyə Yasin Mustafayev qeyd edib.
Ekspert əlavə edib ki, tıxacın azaldılması üçün əsas diqqət ictimai nəqliyyatın modernləşdirilməsinə və şəhər planlaşdırmasının düzgün aparılmasına yönəlməlidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












