Reklam

Azərbaycanda ilk ödənişli avtomobil yolu istifadəyə verilir - TARİX AÇIQLANDI - VİDEO

Yazarlar 13 May 2020 20:32 Oxunub 2120
Azərbaycanda ilk ödənişli avtomobil yolu istifadəyə verilir - TARİX AÇIQLANDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzunluğu 150 kilometr olan ödənişli yolun tikinitisi davam edir

Daha bir ödənişli yolda təmir işləri yekunlaşmaq üzrədir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan tikinti işləri Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometirlik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən 58 kilometrilik hissələrində bitmək üzrədir.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən start götürən uzunluğu 150 kilometr olan ödənişli yolun tikinitisi davam edir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yeni yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Qeyd edək ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

''Avtomobil Yolları Dövlət Agentliyi'' nin mətbuat katibi Anar Nəcəfli ''Xəzər Xəbər''ə bildirdi ki, hazırda tikinti işləri yeni magistralın ''Yaşma-Giləzi'' və ''Gəndov-Samur'' hissələri üzrə yekunlaşır. Yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb.

Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb. Ümumilikdə yeni inşa edilən 92 kilometrlik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Qeyd edək ki, tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh