Azərbaycanda köhnə avtomobillər necə yenilənə bilər? Ekspertdən TƏKLİF

Bu gün Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, köhnə avtomobillər qəzaya uğrayan zaman da daha çox insan ölümünə səbəb olur: "Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir".
Ekspert bildirib ki, bu baxımdan Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər.
Onun sözlərinə görə, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar: “Düzdür elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Ancaq yaxşı olardi ki, gömrük ödənişləri müəyyən müddət ləğv edilsin. Hazırda elektrik avtomobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur, amma yaxşı olardı ki, heç o da olmasın. Belə olan halda həmin avtomobillərin ölkəyə idxalı daha geniş vüsət alar”.
Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır: "Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid və elektrik avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir". (Trend)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










