Azərbaycanda ölümə aparan yol - VİDEO

Uzun müddətdir bərbad vəziyyətə düşən Ələt-Astar magistralının Masallının Binəxocavar kəndindən keçən hissəsi sürücülərin kabusuna çevrilib. Anspress-in verdiyi məlumata görə, burada ani təcrübəsizlik ağır qəzaların baş verməsinə səbəb ola bilər. Yolun bir hissəsinin dağılması sürücüləri qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxmasına vadar edir. Təbii ki, bu yol hərəkəti haqqınada qanunun pozulması ilə yanşı, sürücülərin həyatını da təhlükə ilə üz-üzə qoyur. Mənzilbaşına çatmaqdan ötrü sürücülər bu yolu qət eləməyə məcbur qalırlar.
Qeyd edək ki, mövcud yol 1978-ci ildə inşa olunub. O vaxtdan bəri müxtəlif vaxtlarda yolda cari təmir işləri aparılsa da, nəticə göz qabağındadır. 41 saylı Masallı Yol İstismar Sahəsinin mühəndisi Məmmədağa Dadaşov yolun bərbad vəziyyətə düşməsində iri tonajlı yük avtomobillərini günhalandırıb. “Yeni ipək yolunu tikintisilə əlaqədar olaraq Viləşçay hövzəsindən götürülən çınqıl-daş məhz Ələt-Astra magistralının sözügedən hissəsilə daşınır. Bu da yolun tez bir zamanda dağılmasına gətirib çıxarır”, - deyə Məmmədağa Dadaşov bildirib. Qurum rəsmisi əlavə edib ki, dəfələrlə tikintini reallaşdıran şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












