Bakı çimərliklərində "cib yandıran" qiymətlər

Havaların isinməsi ilə çimərliklərə axışanların sayı get-gedə artmağa başlayır. Bəziləri yalnız dəniz kənarına gedib, qum üstündə dincəlməyi seçir, bəzilər isə girişi ödənişli olan hovuzlu istirahət mərkəzlərinə üz tutur. Avtosfer.az xəbər verir ki, “Axşam.az” bu il çimərliklərdəki giriş qiymətlərini araşdırıb. Qiymətlər ötən illə müqayisədə xeyli bahalaşıb. Qayadalar da fərqlidir.
"Nar şərab"da qiymət bu il həftəsonu 30, adi günlər 20 manatdır. Üstəlik sizdən depozit tələb olunacaq.
"Amburan Beach"də həftə içi 25, həftəsonu isə 35 manat ödəməlisiniz. Əlavə olaraq 5 manat dolab, 10 manat isə depozit pulu verməlisiniz.
"Green City Resort & Residence" 12 yaşa qədər olanlar həftəsonu 25, böyüklər 35 manat ödəyəcək. Depozit isə 5 manatdır.
"Nikki beach"də yalnız hovuz və bardan istifadə 25 manatdır. 3 nəfərlik yataq 75 manatdır. Burada isə xüsusi tələb var: 1 nəfər mütləq 150 manat xərcləməlidir. 2 nəfərlik kaban 150 manatdır, burada isə hər qonaq 250 manat xərcləməlidir.
"Sea Breez" 10-16 yaşa qədər 20, 16 yaşdan yuxarı 50 manatdır. 20 manat isə depozit qoymalısan.
"My beach"də giriş həftənin günündən asılı olmayaraq 20 manatdır.
"Ramada Hotel"də həftəiçi 25, həftəsonu 30 manat giriş pulu tələb olunur.
"Hyatt Regency Baku"da giriş 100 manatdır. Bura fitnes, hovuz, türk hamamı, sauna daxildir.
"Mambo Beach Club Baku"da isə qiymət həftə içi 25, həftəsonu 30 manat olub.
"Glam Beach Baku"da giriş üçün pul ödəmirsiniz. Şezlonq qiyməti 10 manatdır. Digər qiymətlər isə dənizə yaxın-uzaq məsafəyə görə dəyişir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












