Bakı küçələrindəki yol çıxıntıları gərgin MÜZAKİRƏyə səbəb oldu - FOTO

Paytaxtda yenidən qurulan bəzi küçə və prospektlərdə yol ciblərinin qoyulması müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, ekspert Ramil Osmanlı bu yeniliyi tənqid edib.

“Bu yeni yol çəkmə texnologiyasını hardan götürüblər? Yola bu əcaib çıxıntıları mənası nədir? Qəzaların sayını süni surətdə artırmaqmı? Kimə və nəyə lazımdır bu? Bir tərəfdən yolun hərəkət hissəsini daraldırlar, o biri tərəfdən təqribən bir zolaq enində bu çıxıntılar qoyulur. Onsuz da işıqlandırma problemi olan yollar üçün isə bu çıxıntılar ikiqat problemdir. Yağıntılı havalara az qalıb, vaxtında bunu yollardan qaldırmaq lazımdır.”

Hüquqşünas Ərşad Hüseynov isə məsələyə münasibət bildirərək qeyd edib ki, bu ideya piyada təhlükəsizliyinin təmin olunmasında ən gözəl ideyalardan biridir. Lakin bunun Bakıda bir qədər uğursuz alınmasının, xüsusən də əksər sürücülər tərəfindən bəyənilməməsinin xeyli səbəbi var.
.jpg)
Əsas səbəblər bunlardır:
1. Bizdə bunun uğurlu olmasının altyapısı hələ yoxdur, çünki bu, o ölkələrdə uğurlu olur ki, orada mükəmməl ictimai nəqliyyat var, piyada və velosiped infrasturturu normaldır və artıq hökumət şəhərdaxili mühitdə tədricən deavtomobilizasiya proseslərinə gedir, yəni fərdi avtomobillər yavaş-yavaş küçələrdən sıxışdırılır;
2. bu layihəni icra edənlər əsas ideyadan bir az kənara çıxıblar, məsələn, küçələrin giriş-çıxışı dərhal daraldılıb, dönmə radiusu elə azalıb ki, bəzən əksə zolağa keçmədən birdəfəyə dönmək çətin olub; 3. bunu edərkən küçədə hərəkət şiddəti diqqətlə araşdırılmalıdır ki, oraya gətirən küçələrdə tixanma olmasın;
4. bütün standartlara ciddi riayət edilməlidir, xüsusən vizuallıq yüksək olmalıdır ki, sürücülər xətləri, bordürləri yaxşı görsünlər, süni işıqlanma olmalıdır, bordürün hündürlüy standart olmalıdır ki, ora dəyən darmadağın olmasın;
5. belə küçələrdə hərəkət yüksək intizam tələb edir, zolağın nə olduğunu bilməyən, öz avtomobilini yerləşdirə biləcəyi istənilən yerə soxan sürücü hətta əvvəlki şərtlər yerində olsa da, belə küçədə "əziyyət" çəkəcək;
6. ümumi şəhərsalma qayda və normaları gözlənməlidir və s. Hüquqşünas qeyd edib ki, bu səbəblərdən bu işdə uğur qazanmaq çətin olacaq.

Ekspert Elməddin Muradlı isə bildirib ki, dünya praktisında bu mövcuddur. “Amma bizdən fərqli olaraq xaricdə səkilər satılmır, dönərxana açılmır, binaların təməli qoyulmur. Bizdə isə təssüf ki, səkilər elə bil bu cür işlərə xidmət edir.”

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












