Bakı-Tiflis qatarı ilə bağlı nə vaxt qərar veriləcək? - AÇIQLAMA

"Yaxın vaxtlarda Bakı və Tiflis arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı hansı qərarların veriləcəyi bəlli olacaq".
Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov karantin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edərkən deyib.
Deputat Gürcüstanla Azərbaycan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı açıqlamaların Gürcüstan hökuməti tərəfindən verildiyini xatırladıb:
"Gürcüstan hökuməti may ayının 1-dən Bakı və Tiflis arasında dəmir yolu xəttinin açılması ehtimalı ilə bağlı rəsmi məlumatı bölüşmüşdü. Nəzərə alaq ki, Gürcüstan tərəfinin açıqlamaları rəsmi mənbə idi. Rəsmi olaraq Gürcüstan hökuməti tərəfindən bu informasiya paylaşdırılmışdı. Mayın 1-ə bir aydan çox müddət var. Karantin rejimi ilə də bağlı fərqli istiqamətdə qərarları olur, müəyyən məhdudiyyətlər qüvvədə saxlanılır, müəyyən məhdudiyyətlər yumşaldılır".

Vüqar Bayramov qeyd edib ki, məsələ ilə bağlı son qərarın müzakirələr nəticəsində mayın 1-ə kimi olan dövrdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına görə, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərara görə, karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










