Bakı və Gəncədə vətəndaşlar "BakuBus"ların azlığından şikayətçidirlər - VİDEO

Bir müddətdir ki, "BakuBus" paytaxtla yanaşı, Gəncədə də şəhərdaxili marşrutlar üzrə sərnişinlərə xidmət göstərir. Lakin hər iki şəhərin sakinləri eyni problemdən - "BakuBus"ların azlığından şikayətçidirlər. "Camaat əziyyət çəkir, avtobuslar çox gec gəlir. Üstəlik, dayanacaqlarda da saxlamırlar", - deyə sakinlərdən biri narazılığını bildirib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, gecikmə pik saatlarda sıxlıq və tıxacla, yaxud da marşrutlar üzrə avtobusların yetərli qədər olmaması ilə bağlı ola bilir:
"280 avtobusun Gəncəyə verilməsi ilə bu şəhərin nəqliyyat problemi kökündən həll olunub. Bakıda isə avtobuslar yetərli sayda olmadığı üçün sözügedən problem hələ də davam edir".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Gəncə şəhərinin marşrut şəbəkəsi yeni formalaşdırılıb:
"Marşrutların uzunluğu və sərnişin tələbatına əsasən xətlər təhlil olunub və dayanacaq yerləri müəyyən edilib. Sərnişin tələbatının öyrənilməsi ilə əlaqədar hazırda monitorinqlər aparılır, yeni dayanacaq məntəqələrinin quraşdırılması davam etdirilir".
Ətraflı Baku TV-nin süjetində:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












