Bakıda dairə ləğv edilir, məşhur restoran sökülür - VİDEO

Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.
Avtosfer.az-ın məlumatına görə, söhbət Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairədən gedir. Dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.
Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.
Obyekt işlədənlər deyirlər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.
Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı bildirdi ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.
Daha ətraflı videomaterialda.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












