Bakıda dəniz yenidən hasarlanır - Generalın adı hallanır - FOTO

“Bir il əvvəl Pirşağıda məşhur beş villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu, mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Daşdan tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr söküldüyünü müşahidə etdim”.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib: “Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından, həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü üç metrə yaxın dəmir dirəklər basdırmışdılar.
Bu adamlar dövlətə və millətə meydan oxuyaraq, “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar Xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm.
Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə, nümayişkaranə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldur.
Ancaq bu gün daha bir sürprizlə qarşılaşdım. Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










