Bakıda tıxacın qarşısı bu formada alınacaq - NAZİRLİK HƏRƏKƏTƏ KEÇDİ

“Məktəbli avtobus” layihəsinin növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyinin xüsusi diqqət mərkəzində olan bu layihə, həm şəhərdaxili nəqliyyatda müşahidə olunan tıxacın azaldılmasına, həm də şagirdlərin məktəbə təhlükəsiz şəkildə çatdırılmasına töhfə verməyi hədəfləyir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev “Konkret.az”a açıqlamasında səsləndirib:
“Məktəblərin dərsə başlama və bitmə saatlarında şəhərdə nəqliyyat sıxlığı xüsusi ilə nəzərə çarpır. Layihə çərçivəsində bir məktəb avtobusu təxminən 20 fərdi nəqliyyat vasitəsini əvəz edə bilər ki, bu da əhəmiyyətli dərəcədə sıxlığın qarşısını alacaq”.
Ekspert həmçinin vurğulayır ki, məktəbli avtobuslarını idarə edəcək sürücülərin xüsusi hazırlıq keçməsi vacib şərtlərdən biridir. Bu nəqliyyat vasitələrinin sükanında yalnız təcrübəli və təhlükəsizlik qaydalarını tam mənimsəmiş sürücülər dayanmalıdır.
“Layihənin ödənişli və ya ödənişsiz formada icrası məsələsi də gündəmdədir. Ödənişin minimuma endirilməsini, məsələn, 50 qəpik əvəzinə 30-40 qəpik müəyyən olunması valideynlərin bu təşəbbüsə daha həvəslə qoşulmasına səbəb ola bilər. Bu layihə Prezident İlham Əliyevin Bakı şəhərində tıxac probleminin aradan qaldırılması məqsədilə təsdiq etdiyi tədbirlər planının tərkib hissəsidir. Məsələ ilə bağlı artıq dövlət başçısının müvafiq fərmanı da mövcuddur və hər bir dövlət qurumu, o cümlədən Elm və Təhsil Nazirliyi bu istiqamətdə öz üzərinə düşən vəzifələri icra etməlidir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










