Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın - Ekspert
Yazarlar
5 İyul 2020 13:04

Sərt karantin rejimində polislərin üzərinə çox böyük məsuliyyət və yük düşür. Müşahidə etmişəm və bilirəm ki, hazırda onlar nə qədər ağır yükü çiyinlərində daşıyırlar. Bu sözləri Axar.az-a açıqlamasında ekspert Aslan Əsədov deyib. O bildirib ki, həm polislərin yükünü azaltmaq, həm də yoluxmanın qarşısını almaq üçün Bakıdakı sıxlığı azaltmaq çox yaxşı olardı: “Hazırda yay fəslidir və insanlar rayonlara getmək, təmiz hava almaq istəyir. Nəzərə alsaq ki, təmiz hava insanlara həm psixoloji baxımdan çox müsbət təsir edir, həm də onların sağlamlığı üçün vacibdir, onda bölgələrə getmək istəyənlərə şərait yaratmaq lazımdır. Bunun üçünsə həmin insanlardan koronavirus testinin nəticəsi tələb edilə bilər. Əgər nəticəsi neqativdirsə, həmin şəxslərin rayonlardan birinə bəlli müddətə getməsinə icazə verilsin. Seçdiyi bölgəyə gələn şəxs və ya ailə isə dərhal sahə müvəkkilinə müraciət edərək, qeydə alınsın və müşahidə altına düşsün.
Beləliklə, həm sağlam şəxslərin bölgədə məskunlaşma və təmiz havada olma arzusunu reallaşdıra, həm də Bakıda sıxlığı aradan qaldırmaqla, yoluxmanı minimuma endirə bilərik”.
Ekspert qeyd edib ki, rayona getmək istəyənlərə konkret müddət qoyulmalıdır: “Həmin şəxs koronavirus testindən keçibsə və nəticəsi neqativdirsə, rayona getdiyi halda, məsələn, 14 gündən və yaxud bir aydan tez qayıtmasına da imkan verilməməlidir. Çünki əks halda insanların sürətli yerdəyişmələri, xüsusilə şənbə-bazar günləri rayonlara üz tutmaları əlavə problem yarada bilər.
Test nəticəsi neqativ çıxanlara sərt karantin elan olunmayan rayonlarda sosial məsafəni gözləmək, ciddi gigiyena qaydalarına əməl etməklə istirahət imkanları da yaradıla bilər.
Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu təklifi müzakirə edə bilər”.
Oxunub : 1898
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ










