Bakıdan Sumqayıta metro nə vaxt çəkiləcək? - AÇIQLAMA

Bakı şəhərində hər gün tıxaclar daha da dərinləşir. Xüsusilə Sumqayıtdan paytaxta gələn sərnişinlərin sayı çox olduğundan yolların yükü artır və hərəkət çətinləşir.
Bu səbəbdən sakinlər arasında əsas sual budur: Bakıdan Sumqayıta metro nə vaxt çəkiləcək və nə zaman istifadəyə veriləcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Sumqayıta dəmir yolu ötən əsrin 60-cı illərində fəaliyyətə başlayıb və 2015-ci ildən bərpa olunub. O, qeyd etdi ki, 2019-cu ildən artıq dairəvi sistem işləyir:
.jpg)
"Hal-hazırda Xırdalan-Sumqayıt arasında bəzi təmir işləri aparıldığından həmin sahə müvəqqəti bağlanıb. Amma problemin kökü başqa yerdədir. Yük və sərnişin trafikinin ayrılması vacibdir və bu məsələ dövlət proqramına daxil edilib. Yeni layihəyə əsasən, Güzdək sahil yolu ərazisində dəmir yolu tikilməsi planlaşdırılır ki, yük trafikinin şəhərə daxil olmadan hərəkəti təmin olunsun".
Ağamirzəyevin sözlərinə görə, Dövlət Proqramına əsasən, yeni 20 qatar alınması nəzərdə tutulub ki, bu da mövcud intensivliyə birbaşa təsir göstərəcək:
"Qatarlar daha intensiv işləyəcək və ideal halda 15-20 dəqiqə intervalla hərəkət etməlidirlər. Həmçinin yeni stansiyaların tikilməsi planlaşdırılır: Sumqayıtda 2, Xırdalanda 2, Binəqədi Cənub və ilin sonunda istifadəyə veriləcək Dərnəgül stansiyası. Bu işlərin həyata keçirilməsi infrastrukturun mövcud yerüstü metro funksiyasını daşımasına və sərnişin hərəkətinin daha intensiv olmasına imkan yaradacaq".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












