“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

“BakıKart”-ın ləğv olunması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a “K Group” MMC (Bakı Kart) məlumat verib.
"BakıKart" fəaliyyətini davam etdirəcək: “K Group” MMC (Bakı Kart) Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə Bakı nəqliyyatında rəqəmsal ödənişlərin genişlənməsi istiqamətində növbəti addımını atdı. Artıq Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəmək mümkündür. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də bu imkanı yaradır. Son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda — metro və avtobuslarda istifadə olunan BakıKart kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. BakıKart ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "Bakikart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










