Bakının bu küçələrinə giriş ödənişli ola bilər - EKSPERT

Dünyanın müxtəlif yerlərində xüsusilə böyük şəhərlər tıxaclardan əziyyət çəkir. Problemlə mübarizə üsualları isə fərqlidir. Məsələn, bu ilin əvvəlindən ABŞ-ın Nyu York şəhərinin mərkəzinə avtomobillərin girişi ödənişli edildi. Nəticədə tıxac ağırlığı 59 faiz azaldı, metrolara sərnişin axın 7-12, avtobuslara isə 6-21 faiz artdı. Bakıda da tıxacla bağlı vəziyyət pisləşməkdədir. Paytaxtın əsas mərkəzi küçələri avtomobillər üçün ödənişli edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov ABŞ və Avropanın bəzi ölkələrində avtomobillərin sayının həddindən artıq çox olduğunu bildirib.
“Orada 100 nəfərə təxminən 50 maşın düşür. Həmçinin şəhərlərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti qənaətbəxşdir. Bu səbəbdən həmin ölkələrdə fərdi nəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması üçün bir sıra addımlar atılır. Şəhər mərkəzinə pullu giriş də bunlardan biridir. Postsovet ölkələrində hələ ki belə təcrübə yoxdur. Düşünürəm ki, perspektivdə ola bilər”, - o deyib.
Ekspertin fikrincə, Bakının mərkəzi küçələrinə girişi ödənişli etmək mümkündür:
“Paytaxtda tıxacların aradan qaldırılması istiqamətində görülən işlər, aparılan tədbirlər effektiv nəticə verməsə, bu haqda düşünmək olar”.(axar.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










