Bakının daha bir yolunda "əjdaha yuvaları" peyda olub - VİDEO

Balaxanı-Zabrat yolunun kəsişməsində yaranmış çuxurlar hərəkətin intensiv olduğu yolda hər an qəza riski yaradır. Yaranan iri çuxurlar bir müddətdir əsas yolda nəqliyyatın hərəkətinə çətinlik yaradır.
Avtosfer.az-ın məlumatına görə, sürücülər deyirlər ki, həmin yolda bir müddət əvvəl işıqfor quraşdırılarkən yol qazılıb, daha sonra üstü bağlanılmayıb.
Yağıntılardan sonra isə asfalt örütüyü tamamilə dağılıb və çuxurlar əmələ gəlib.
Sürücülərin sözlərinə görə, yolun bu vəziyyəti xüsusilə axşam saatlarında uzun tıxacın yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Balaxanı-Zabrat yolunda yaranan vəziyyətdən xəbərdardırlar.
O da deyildi ki, Novruz və Ramazan tətili günlərində problem yaranan digər yollarda da nəqliyyat intensivliyinin azalması ilə təmir işlərinin aparılması nəzərdə tutulur.
Daha ətraflı videomaterialda.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












