Bakının mərkəzində ilanların peyda olmasının səbəbi nədir? - VİDEO

Bakı şəhəri, Günəşli qəsəbəsində yolun ortasında ilan peyda olub. Bu barədə sosial şəbəkədə görüntülər. Hadisə zamanı ərazidə olan vətəndaşlar qorxu içində qalıb. Ümumiyyətlə son günlər Bakıda ilanlara daha tez-tez rast gəlinir və bu da insanların ciddi narahatlığına səbəb olur.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov "Baku.ws"ə açıqlamasında bildirib ki, ilanlar da digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:
"Onlar soyuq aylarda qışlamaya gedirlər. Ancaq isti havalarda onlar yem axtarmaq məqsədilə ətraf ərazilərə səpələnirlər. Bu səbəbdən onlar insanların yaşadığı ərazilərə yaxınlaşırlar. Onlar bu aylarda 24 saat ərzində aktiv olurlar. Onların ətraf ərazilərə yayılması üçün bir neçə şərt də var. Birincisi, onların yemləndiyi qidalar bizim yaşadığımız ərazilərdə olur. İkincisi, ilanlar o yerə gedirlər ki, orada giriş-çıxış olmasın. Yəni, gizlənmələri üçün yer olsun. Üçüncü şərt həmin ərazidə səs-küy olmasın. Aprel-may ayları ilanların ən çox hərəkətdə olduğu vaxtdır, çünki bu havalar çox da isti olmur, əksinə onlar üçün əlverişli sayılır. İlanların daha çox görünmələrinin səbəblərindən biri də bir ərazidə yaşayan insanlarının sayının dayanmadan artmasıdır. Havalar tam istiləndikdən sonra isə ilanlar daha passiv olur, sərin yerə çəkilirlər. İlanla qarşılaşdıqda ona yaxınlaşmamaq və ani hərəkətlər etməmək tövsiyə olunur. Ərazi dərhal tərk edilməli və müvafiq qurumlara məlumat verilməlidir. Xüsusilə uşaqların və ev heyvanlarının ilandan uzaq tutulması vacibdir".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











