Banklar hansı halda vətəndaşdan kreditin tam faizini tələb edə bilər?

"Normalda kreditin əsas hissəsilə faiz hissəsi proporsional şəkildə qəbul edilməlidir".
Avtosfer.az xəbər verir ki, Bunu Qaynarinfo-ya Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli vətəndaşların götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, bankların onlardan tam faiz tələb etməsini şərh edərkən deyib:
"Banklar ilk növbədə kreditin faiz hissəsini müştəridən alır, sonradan əsas hissənin ödənilməsinə başlayır. Amma normalda, dünya təcrübəsində kreditin əsas hissəsilə faiz hissəsi proporsional şəkildə qəbul edilməlidir. Bunun əksinin edilməsi isə bankların özbaşınalığıdır".
Ekspert belə vəziyyətə son qoymaq üçün qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edir:

"Bu özbaşınalığı aradan qaldırmaq üçün isə Mərkəzi Bank xüsusi monitorinqlər keçirməlidir. Başlıcası isə kredit verilməsinə dair qanunvericiliyə dəyişiklik olunmalıdır. Ora kreditin istifadə edilməmiş hissəsinə görə zaman baxımından faiz almağı qadağan edən maddə salınmalıdır".
Maliyyə, bank eksperti Əkrəm Həsənov isə bildirir ki, mövcud vəziyyətlə üzləşən vətəndaş bankı məhkəməyə verə, Mərkəzi Banka şikayət edə bilər:

"Qanunvericiliyə əsasən faizlər kreditin istifadə müddətində ödənilir. Vaxtından əvvəl qaytarıldıqda isə ödənilmir. Banklar bunu qanunsuz olaraq tələb edirsə, vətəndaş bankı məhkəməyə verə bilər. Problemin həllinin daha tez yolu isə Mərkəzi Banka şikayət etməkdir".
Qeyd edək ki, Azərbaycanda vətəndaşlar götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, banklar tərəfindən onlardan tam faiz tələb olunur. Halbuki dünyanın müxtəlif ölkələrində erkən ödəniş zamanı faiz tutulmur. Avropa ölkələrində, məsələn Fransada, vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır, maksimum 1-2 faiz əlavə vəsait tutulur. ABŞ-da müştəri vaxtından əvvəl ödədikdə əsas borcu və erkən ödəniş cəriməsini ödəyir. Bu cərimə təqribən 3-4 faiz təşkil edir. Rusiyada, Gürcüstanda və Türkiyədə də yalnız həmin ayadək hesablanan faizlər ödənilir, qalanları silinir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










