Banklarda kibertəhlükəsizlik problemi: Müştəri seçimini dəyişə bilər

“Böyük bankların səviyyəsi bir qayda olaraq, eynidir. Bank xidməti nöqteyi-nəzərindən isə vəziyyət elə də yaxşı deyil. Kibertəhlükəsizliklə bağlı yaranan problemlər müştəriləri daha çox orta seqment banklara sövq edə bilər”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, kredit məsələlərində bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar banklar üçün elə də ciddi rəqib deyil:
“Vətəndaş onsuz da məcburdur pul köçürmələri və digər əməliyyatları banklarla etsin. Hər bir halda BOKT və lombardlarda kredit faizləri yüksəkdir. Bank əksinə, nisbətən aşağı faizlə kredit təklif edir”.
Əş Həsənov qeyd edib ki, kibertəhlükəsizliklə bağlı yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi üçün banklar arasında sağlam rəqabət olmalıdır:
“Böyük bankların müştəri bazası bir qayda olaraq, süni yolla toplanır. Maaş və pensiya kartları hesabına. Onların demək olar ki, bu banklarda cəmləşib. Yəni iri banklarla öz xoşu ilə əməkdaşlıq edən müştərilər elə də çox deyil. Mərkəzi Bank bu məsələlərin tənzimlənəcəyinə söz verib. Amma məsələnin həlli üçün zamana ehtiyac var”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












