Bakıda parklanma pulsuzdursa bəs bu pullar hara gedir? - VİDEO
Yazarlar
20 May 2020 00:34

Paytaxtın əksər parkinqlərində qanunsuz pul yığılır
Bakı şəhərində qanuni parklanma yerlərindən istifadə ödənişsizdir. Amma buna baxmayaraq bəzi şəxslər hələ də parklanma ərazilərində sürücülərdən pul tələb edirlər. Avtosfer.az-ın məlumatına görə, ərazidə olan nəzarətçilər avtomobili saxlayan kimi sürücüyə yaxınlaşıb, qəbz təqdim edirlər. Həmin qəbzdə isə ödəniş barədə məlumat öz əksini tapır.
Ödəniş etməyən sürücülərə isə bildirilir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat cərimə ediləcəklər.
Halbuki, parklanma yerində "Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir" elanı vurulub.
Parklanmaya nəzarət edən şəxslər isə suallarımızı cavablandırmaqdan yayınıb, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, şəhərdə küçə parklanmasına görə tariflər hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu səbəbdən də parklanma yerlərindən istifadə ödənişsizdir. Bu barədə sürücülərin yerində məlumatlandırılması məqsədi ilə parklanma nişanlarının altında məlumat lövhəsi qoyulub: "Sürücülərə bir daha bildiririk ki, qanunla icazə verilən yerlərdə və qaydada avtomobilinizi park edərkən heç kimə vəsait ödəməyin".
Oxunub : 3474
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ










