Behi necə geri almaq və ya qaytarmaq olar? - VİDEO

Məhsulların alqı-satqısında və xidmətlərin göstərilməsində behdən geniş istifadə olunur. Belə ki, beh bir növ tərəfləri üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, beh ödənilsə də, tərəflərdən biri öhdəliyi icra etmir.
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Hikmət Əliyev deyir ki, bu halda vəziyyət öhdəliyin kim tərəfindən pozulmasından asılı olaraq dəyişir. Bir şərtlə ki, beh haqqında yazılı razılaşma olsun.
"Alıcı müqavilədən əsassız imtina edərsə, beh satıcıda qalır. Satıcı müqaviləyə əməl etməzsə, behi ikiqat qaytarmalıdır. Müqavilə şərtlərinə əməl olunduğu halda isə beh ödənilmiş ümumi qiymətə daxil edilir. Beh haqqında razılaşma mütləq yazılı şəkildə bağlanmalıdır", - deyə hüquqşünas bildirib.
Mülki Məcəlləyə görə, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda notariat qaydasında təsdiq edilməlidir. Məcəllənin 491.3-cü maddəsinə görə isə, ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən beh haqqında müqavilə bağlanmadıqda vəsait avans kimi ödənilmiş sayılır.
Hikmət Əliyevin sözlərinə görə, avansın behdən əsas fərqi təminat funksiyası daşımamasıdır. "Avans müqavilənin icrası üçün əvvəlcədən verilən ödənişdir. Əgər müqavilə ləğv edilərsə, avans tam şəkildə geri qaytarılmalıdır", - deyə o əlavə edib. Odur ki, beh məqsədilə ödənilən vəsaitlə bağlı müqavilə bağlanmayıbsa, tərəflər ödənişi olduğu məbləğdə geri ala və ya qaytara bilərlər.
Ətraflı Baku TV-nin süjetində:
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










