Ekspert: "Bir sıra sürücülər yenilikləri qəbul etmək istəmir"
Yazarlar
18 May 2020 16:57

Sürücülər indi konkret olaraq bilirlər ki, avtomobili harda saxlamaq olar
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra küçələrdə yenidənqurma işləri həyata keçirilir. Artıq iki küçədə işlər yekunlaşmaq üzrədir. Bunlar Xətai rayonundakı Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələridir. Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Qaynarinfo-ya açıqlamasında aparılan işləri təhlükəsizlik və küçə infrastrukturunun yaxşılaşdırılması baxımından müsbət qiymətləndirdiyini bildirib: "BNA-nın küçələrdə apardığı yenidənqurma işlərini müsbət qiymətləndirirəm. Həyata keçirilən tədbirlər birbaşa axına müsbət təsir edən bir faktorlardır. "Cib” tipli parklanma yerlərinin yaradılması nəticəsində sürücülər konkret olaraq bilirlər ki, avtomobili harda saxlamaq olar. Yenidənqurma işləri aparılmış küçələrdə hərəkətdə olan avtomobil piyada zolağına yaxınlaşdıqca sürücü piyadanın hərəkətini daha aydın görə bilir. Nəticədə sürüclərin görmə məsafəsi yaxşılaşdırılır ki, bu da həm piyada, həm də sürücülər üçün təhlükəsizlik baxımından önəmli məsələdir. Digər tərəfdən, həyata keçirilən bu tədbirlər ümumi küçə infrastrukturuna müsbət təsir edəcək. Lazımi imkanları olan digər küçələri də bu formatda inşa etmək lazımdır”.
Ekspert qeyd edib ki, sözügedən yenidənqurma işləri barədə maarifləndirici addımların atılmasına ehtiyac var: "Bir sıra sürücülər ənənəvi formatda olan küçələrə öyrəşdikləri üçün bəzi yenilikləri ya qəbul etmək istəmir, ya da görməzdən gəlirlər. Bu istiqamətdə çoxsaylı maarifləndirici videoçarxlar hazırlamaq lazımdır. Eyni zamanda, yenidənqurma işləri dövründə bu işlərin aparıldığı ərazilərdə müvəqqəti nişanların, küçə təhvil verildikdən sonra isə isə daimi nişanların və piyada zolaqlarının yerləşdiyi ərazilərdə işıqlandırma sistemlərinin yaradılmasına diqqəti artırmaq lazımdır”.
Oxunub : 2222
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










