"Belə davam etsə, bazar ayağa qalxacaq" - Kəbirə Məmmədovadan kütləvi narazılıq

“Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər. Sosial şəbəkələrdə yayılmış xəbərlərdə bildirilir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbqi etməsidir.
Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər.
“Əgər sayğacda 70 manat borc yazılıbsa, həmnin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.
Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Belə ki, baş verənləri çəkib, paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.
Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Sitat.info"ya bu haqda yeni məlumatlar da daxil olub. Bildirilir ki, son iki aydır ki, "Binə" bazarında vəziyyət ürəkaçan deyil. Ticarət mərkəzində durğunluqdur. Vəziyyət o həddə çatıb ki, bəzi sahibkarlar icarə haqqını ödəməkdə çətinlik çəkirlər. Belə bir məqamda ticarət mərkəzi rəbərliyinin güzəştə getməsi əvəzinə onlardan elektrikə görə ikiqat ödəniş istənilir. Adının çəkilməsini istəməyən sahibkar bildirdi ki, kvadratmetri kiçik olan yer üçün əvvəllər 10 azn ödəyirmiş, bu dəfə ondan 100 azn tələb olunub. Saytımıza bildirildi ki, rəhbərliyin bu davranışı satıcılarda kütləvi narazılıq yaradıb. Belə davam edəcəyi təqdirdə toplaşaraq, etirazlarını bildirəcəklər.
İcarə haqlarına gəlincə, aylıq 800 azn-dən, 2000 azn-ə qədər dəyişir. Satıcılar bugünkü gün icarə haqlarını baha hesab edirlər:
"5-6 aydır ki, alver ölüb. Dəhşət dərəcədə durğunluqdur. Yanvar ayına kimi 30-a yaxın sahibkar bazardan çıxacaq. Belə vaxtda üstəlik bizi belə sıxmaları xoşagələn deyil. Aidiyyəti qurumlara səslənirik, ölçü götürülsün. Belə davam etsə, bazar ayağa qalxacaq".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










