Benzin bahalaşacaq? - AÇIQLAMA

Son vaxtlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yanacaq qiymətlərinin artımı ilə bağlı xəbərlər dolaşır. Rusiyada baş verən benzin böhranı isə bu məsələni daha da ciddiləşdirməkdədir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "yenisabah"a danışan iqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, Rusiyanın benzin ixracına qadağa qoyulması ölkəmizdə bir sıra problemlər yarada bilər:
“Tarif Şurası öz verdiyi qərara əsasən yığışır və bunun hansısa konkret qrafiki yoxdur. Bir problem var ki, biz benzinin bir hissəsini Rusiyadan idxal edirik. Rusiyada isə hazırda benzinlə bağlı ciddi problemlər var. Kreml avqustun sonuna qədər benzinin ixracına qadağa qoyub. Əlbəttə, bu müvəqqəti olaraq, bir sıra problemlər yarada bilər. Məsələ burasındadır ki, Tarif Şurası yalnız 1 növ benzinin qiymətini tənzimləyir. “Ai-92”nin qiymətinin artıb-azalması isə Neft Emalı Zavodundan asılıdır. SOCAR qiymət artımı ilə müraciət etsə, əlbəttə ki, qiymət arta bilər. Bu barədə İqtisadiyyat Nazirliyi özü təklif verə bilər yaxud SOCAR özü düşünə bilər. Ancaq konkret nəsə demək çətindir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










