Beş gündür su olmayan ərazidə növbəti qəza oldu - FOTO

Bakının Binəqədi rayonunun Zəngəzur küçəsində günlərdir ki, su yoxdur. Problemin ötən gün həll olunacağı ilə bağlı məlumat verilsə də, ərazidəki işlər hələ də yekunlaşmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlar “Qafqazinfo”ya yenidən müraciət ediblər. Sakinlərin sözlərinə görə, ötən gündən gözləsələr də, nəticə olmayıb. Artıq 5 gündür ki, isti yay günlərində vətəndaşlar susuz qalıblar.
Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə növbəti dəfə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə ikinci qəza baş verib: “Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır. Belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. 14.07.2025-cil tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olan məlumat əsasında hadisə yerinə gedən qəza xidməti qəzanın 1400 mm diamterli Kür-1 magistral su kəmərininin üzərində tikilən vətəndaşa məxsus həyatyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyini aşkarlayıb.
.jpg)
Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır.
Buna baxmayaraq, magistral xətdə baş verən qəza Xidmətin əməkdaşlarının səyi nəticəsində dünən tam aradan qaldırılsa da, evlərin məhz xəttin üzərində tikilməsi səbəbindən şəbəkənin digər bir hissəsində yenidən qəza baş verib. Hazırda müvafiq olaraq təmir və bərpa istiqamətində işlər davam etdirilir.
Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması su təchizatının idarə olunmasına ciddi əngəllər yaradır. Belə tikililər infrastrukturun sıradan çıxmasına səbəb olur”.

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












