"Beynəlxalq məhkəmələrə müraciət Azərbaycana üstünlüklər verəcək"

"Rusiyanın beynəlxalq məhkəmənin qərarlarını qəbul edəcəyini düşünmürəm. Amma hər halda beynəlxalq məhkəmələrə müraciət ölkəmizə müəyyən üstünlüklər verəcək. Azərbaycan bununla beynəlxalq məhkəmənin qərarına bir növ istinad hüququ qazanacaq".
Avtosfer.az məlumat verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Prezident İlham Əliyevin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlərin hazırlandığı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Son illər beynəlxalq məhkəmələrin Rusiya ilə bağlı müxtəlif qərarları olub. Putinin həbsi barədə beynəlxalq cinayət məhkəməsi hətta rəsmi order də verib. Ancaq Rusiya bunları qəbul etmir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya beynəlxalq hüquq, beynəlxalq intizam, beynəlxalq etika məsələlərini artıq faktiki olaraq qəbul etmir:
"Kreml kobud, qaba güc davranışından istifadə edir. Azərbaycan diasporuna qarşı olan hücumlar da bunun təsdiqidir. İndi də ölkəmizi qorxutmaq, hədələmək prosesinə başlayıblar. Yəni Rusiya üçün beynəlxalq etika, beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq, öz istəklərinin həyata keçirilməsi lazım olanda beynəlxalq hüquqa söykənir, ona istinad etməyə çalışırlar. Təyyarə qəzası ilə bağlı beynəlxalq konvensiyada nəzərdə tutulub ki, tərəflər razılığa gəlməsə, məsələ beynəlxalq məhkəmələrə qaldırıla bilər. Bu, Hava Uçuşlarının Təhlükəsizliyi Haqqında Beynəlxalq Konvensiyanın tələblərindən irəli gələn müddəadır. Rusiya isə indiyə kimi günahını etiraf etməyib".
Hüquqşünas bildirir ki, beynəlxalq məhkəmələrin bu istiqamətdə qərarları Azərbaycanın xeyrinə olacaq:
"Çünki təyyarə Rusiya məkanında bu ölkəyə məxsus raketlərlə vurulub. Hətta bu yaxınlarda bəyan etdilər ki, qərarı hansısa zabit verib. Amma bu uydurmadır. Rusiya bəhanəni kiminsə üzərinə atmaq istəyir. Mülki təyyarənin vurulması növbətçi zabit tərəfindən qəbul olunası qərar deyil. Ən azından müdafiə naziri və ya daha yüksək ranqlı şəxs tərəfindən qəbul olunası qərardır".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlər hazırlandığını bildirib. O, bəyan edib ki, yeddi aydır Azərbaycan Rusiya tərəfdən bir dənə də olsun dəqiq cavab almayıb. Prezident Azərbaycanın beynəlxalq məhkəmələrə sənədləri təqdim etmək niyyətində olduğunu təsdiqləyib. İlham Əliyev əlavə edib ki, Azərbaycan təqsirinin etiraf edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, həlak olanların ailələrinə təzminat ödənilməsini və təyyarənin itməsi ilə bağlı AZAL-a dəymiş ziyanın ödənilməsini tələb edir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












